AZ

Şirvanda KÜTLƏVİ ZƏHƏRLƏNMƏ - YENİLƏNİB

Dünən saat 16:00 radələrində zəhərlənmə şübhəsi ilə 5 nəfər (qadın) Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə Şirvan Şəhər Mərkəzi Xəstəxanasından məlumat verilib.

    Bildirilib ki, onlara dəqiqləşdirilməmiş qida zəhərlənməsi diaqnozu təyin olunub: "Pasiyentlərə dərhal ilkin tibbi yardım göstərilib. Hazırda onların müalicəsi Təcili tibbi yardım şöbəsində həkim nəzarəti altında davam etdirilir. Vəziyyətləri orta ağır olaraq qiymətləndirilir", məlumatda qeyd olunub.

    ***

    Şirvanda kütləvi zəhərlənmə olub.

    News365.az xəbər verir ki, şəhər ərazisində yerləşən restonların birində qidalanan 6 nəfər zəhərlənmə diaqnozu ilə şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

    Seçilən
    1
    8
    news365.az

    10Mənbələr