EN

Kamilo Duran Azərbaycan futbolunun tarixinə belə düşdü

Azərbaycan Premyer Liqasının 26-cı turu Kamilo Duranın het-triki ilə əlamətdar olub.

Publika.az PFL-ə istinadənxəbər verir ki, “Qarabağ”ın kolumbiyalı hücumçusu “Karvan-Yevlax”la qarşılaşmada (7:0) üç qola imza atıb.

Bu, mövsümün 3-cü het-triki olub. Bunadək onun komanda yoldaşı Toral Bayramov 5-ci turda “Araz-Naxçıvan” (5:0), “Qəbələ”nin legioneri Domi Massumo 18-ci turda “İmişli” (3:2) ilə görüşdə belə uğura imza atıb.

Kolumbiyalı hücumçu Azərbaycan çempionatları tarixinə yüksək dəstədə het-trik edən 35-ci legioner statuslu futbolçu kimi düşüb. O, belə uğura imza atan ilk kolumbiyalıdır.

Chosen
18
8
publika.az

10Sources