Misli premyer-liqasının 26-cı turu Kamilo Duranın het-triki ilə əlamətdar olub.
"Football-plus.az" xəbər verir ki, “Qarabağ”ın kolumbiyalı hücumçusu “Karvan-Yevlax”la qarşılaşmada (7:0) üç qola imza atıb.
Bu, mövsümün 3-cü het-triki olub. Bunadək onun komanda yoldaşı Toral Bayramov 5-ci turda “Araz-Naxçıvan” (5:0), “Qəbələ”nin legioneri Domi Massumo 18-ci turda “İmişli” (3:2) ilə görüşdə belə uğura imza atıb.
Kolumbiyalı hücumçu ölkə çempionatları tarixinə yüksək dəstədə het-trik edən 35-ci legioner statuslu futbolçu kimi düşüb. O, belə uğura imza atan ilk kolumbiyalıdı.
Bu, Amerika qitəsindən olan futbolçuların 9-cu het-trikidi. Braziliyalılar Junivan Suareslə Reynaldo Silva hərəyə 2, onların həmyerliləri Andre Sinyaşiki, argentinalı Xuan Manuel Varea, uruqvaylı Valter Quqlemon, salvadorlu Nelson Bonilya 1 matçda 3 qola sevinib. Millimizdə forma geyinmiş braziliyalı Leandro Qomeşin də bir qarşılaşmada 3 qol vurduğunu nəzərə alsaq, Amerikadan olan futbolçuların het-trik sayı 10-a çatıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta