EN

Dəməşq beynəlxalq hava limanında uçuşlar bərpa edilib

Suriya hava məkanını açıb və Dəməşq hava limanının fəaliyyətini bərpa edib.

"Cebheinfo.az" "Report"-a istinadən xəbər verir ki, bu barədə SANA agentliyi ölkənin Mülki Aviasiya İdarəsinə istinadən məlumat yayıb.

"Suriya yenidən bütün hava dəhlizlərini açıb və hava əlaqəsini bərpa edib; Dəməşq beynəlxalq hava limanının fəaliyyəti bərpa olunub, o cümlədən müntəzəm reyslərin qəbulu və yola salınması normal rejimdə həyata keçirilir", - məlumatda bildirilib.

"Cebheinfo.az"

Chosen
3
2
cebheinfo.az

3Sources