EN

Şirvanda restoranda zəhərlənənlərin sayı 15-ə çatıb - Durumları necədir?

Şirvan şəhərində zəhərlənənlərin son durumu açıqlanıb.

Bu barədə “Yeni Sabah”a Şirvan Şəhər Mərkəzi Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, aprelin 7-də zəhərlənmə şübhəsi ilə 15 nəfər (2-si kişi, 13-ü qadın) Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Onlara dəqiqləşdirilməmiş qida zəhərlənməsi diaqnozu təyin olunub.

“Pasiyentlərə dərhal ilkin tibbi yardım göstərilib. Hazırda onların müalicəsi Təcili tibbi yardım şöbəsində həkim nəzarəti altında davam etdirilir. Vəziyyətləri stabil olaraq qiymətləndirilir”, - deyə məlumatda qeyd edilib.

Aytac Əliyeva


Telegram kanalımız
Chosen
3
2
yenisabah.az

10Sources