EN

İranla danışıqlarda ABŞ komandasına Vitse-prezident Cey Di Vens rəhbərlik edəcək

Bakı, 9 aprel, AZƏRTAC

İranla aprelin 11-də Pakistanda başlayacaq danışıqlarda ABŞ nümayəndə heyətinə Vitse-prezident Cey Di Vens rəhbərlik edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlər üçün keçirilən brifinqdə Ağ Evin mətbuat katibi Kerolayn Livitt bildirib.

Mətbuat katibi əlavə edib ki, Cey Di Vens, xüsusi elçi Stiv Vitkoff və Cared Kuşner ilə birlikdə iranlı həmkarları ilə şəxsən danışıqlar aparmaq üçün Pakistana gedəcək. Həmin danışıqların təfərrüatları və müzakirə olunan dəqiq təkliflər isə hələ də qeyri-müəyyəndir.

“ABŞ və İran arasında atəşkəs regionda uzunmüddətli sülhün başlanğıcı ola biləcək”, - deyə Kerolayn Livitt qeyd edib.

Chosen
53
16
azertag.az

10Sources