EN

DYP: 5 qəzanın 3-ü motosiklet sürücülərinin iştirakı ilə olub

DYP:
Cari ilin ilk üç ayı ərzində Azərbaycanda motosiklet və moped sürücülərinin təqsiri səbəbindən baş verən beş yol-nəqliyyat hadisəsində üç nəfər həyatını itirib. Bu barədə 1news.az-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Bildirilib ki, birinci rübdə sözügedən səbəbdən iki nəfər xəsarət alıb.

Həmçinin təkcə ötən gün xəsarətlə nəticələnən 5 yol-nəqliyyat hadisəsindən 3-ü motosiklet sürücülərinin iştirakı ilə baş verib. Yasamal, Xətai və Abşeron rayonları ərazisində qeydə alınan bu hadisələrin hər biri toqquşma ilə nəticələnib.

Chosen
92
2
1news.az

9Sources