EN

İran ötən gecə Vaşinqtona hansı mesajı göndərib?

ABŞ Yaxın Şərqdə sülh və müharibə arasında seçim etməlidir.

"Unikal" xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Səid Xətibzadə deyib. 

Diplomat İsrailin Livana hücumları barədə danışarkən deyib: "Hər ikisini eyni anda əldə etmək olmaz. Bunlar bir-birini istisna edir, bu, olduqca aydındır.

Atəşkəs tələb edə, onun şərtlərini, əhatə etdiyi əraziləri qəbul edə, eyni zamanda Livanda qırğına başlaya bilməzsiniz". 

Xatibzadə qeyd edib və əlavə edib ki, dünən gecə Vaşinqtona müvafiq qətiyyətli mesaj göndərilib.

Ağarza Elçinoğlu 

Chosen
19
50
unikal.az

10Sources