Xəbər verdiyimiz kimi, Yaşar Əməşov Prezident İlham Əliyevin sərəncamı ilə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisinin birinci müavini təyin edilib.
Publika.az xəbər verir ki, Y.Əməşov 1976-cı il noyabrın 3-də Cəlilabad rayonunda anadan olub.
1993-1997-ci illərdə Bakı Dövlət Universitetinin Riyaziyyat fakültəsində, 2004-2008-ci illərdə Beynəlxalq hüquq fakültəsində təhsil alıb.
1997-1998-ci illərdə Cəlilabadda orta məktəbdə müəllim işləyib.
1998-2000-ci illərdə Silahlı Qüvvələrin sıralarında zabit kimi həqiqi hərbi xidmət keçib.