EN

Dövlət Departamenti: TRIPP ABŞ-ın prioritetlərindən biri olaraq qalır

“Tramp administrasiyası beynÉ™lxalq sülh vÉ™ rifah üçün Tramp marÅŸrutu (TRIPP) layihÉ™sini hÉ™yata keçirmÉ™yÉ™ sadiqdir”.

"ÖlkÉ™.az" xÉ™bÉ™r verir ki, bunu ABÅž DövlÉ™t Departamentinin rÉ™smi nümayÉ™ndÉ™si “Armenpress”in sorÄŸusuna cavab olaraq bildirib.

“TRIPP CÉ™nubi Qafqazda vÉ™ ondan kÉ™narda sülh vÉ™ rifahı təşviq etmÉ™k potensialına görÉ™ ABÅž-ın prioritetlÉ™rindÉ™n biri olaraq qalır. Tramp administrasiyası TRIPP-i gerçəkləşdirmÉ™yÉ™ sadiqdir", - DövlÉ™t Departamentinin rÉ™smisi qeyd edib.

O, həmçinin xatırladıb ki, layihə Ermənistanın suverenliyinə, ərazi bütövlüyünə və yurisdiksiyasına hörmətlə yanaşılmaqla və Ermənistan üçün qarşılıqlı fayda təmin etməklə Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək multimodal nəqliyyat mərkəzinin yaradılmasını nəzərdə tutur.

"TRIPP regionda problemsiz beynəlxalq və daxili əlaqəni təmin edəcək, iqtisadi artım və artan rifah üçün imkanları genişləndirəcək", - diplomat vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycan Naxçıvanla əlaqə quracaq, Ermənistan isə regional əlaqənin yaxşılaşmasından faydalanacaq. Bu isə öz növbəsində Cənubi Qafqazın iqtisadi potensialını açacaq, eyni zamanda Ermənistanın suverenliyini, ərazi bütövlüyünü və yurisdiksiyasını qoruyub saxlayacaq.

Departament rəsmisi onu da bildirib ki, Ermənistan TRIPP təşəbbüsünü həyata keçirmək üçün ABŞ və qarşılıqlı seçilmiş üçüncü tərəflərlə əməkdaşlıq edir.

"TRIPP və onunla əlaqəli proqramların başlanmasını asanlaşdırmaq üçün ABŞ regional sabitliyə və iqtisadi artıma yol açacaq 145 milyon dollarlıq ilkin öhdəlik götürüb. Bu vəsaitlər Ermənistanda ticarət, infrastruktur və sərhəd təhlükəsizliyinə investisiyaları dəstəkləyəcək və regional əlaqəni genişləndirəcək", - Departament rəsmisi əlavə edib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp da TRIPP layihəsinin dünyanın iqtisadi cəhətdən ən vacib yerlərindən bəzilərindən keçəcəyini, Xəzər dənizi üzərindən ticarət fəaliyyətini stimullaşdıracağını və Mərkəzi Asiya ölkələrinə kömək edəcəyini bildirib.

“TRIPP-in É™sas mÉ™qsÉ™dlÉ™ri ErmÉ™nistan vÉ™ AzÉ™rbaycanın rifahını vÉ™ tÉ™hlükÉ™sizliyini güclÉ™ndirmÉ™k, regional ticarÉ™t vÉ™ É™laqÉ™nin inkiÅŸafı yolu ilÉ™ ABÅž-ın ticarÉ™t imkanlarını geniÅŸlÉ™ndirmÉ™k vÉ™ MÉ™rkÉ™zi Asiya vÉ™ XÉ™zÉ™r regionundan Avropaya yeni tranzit yolları yaratmaqdır", - DövlÉ™t Departamentinin rÉ™smisi É™lavÉ™ edib.(APA)

Chosen
41
7
olke.az

10Sources