EN

"Təcrübəli futzalçılardan belə səhvlər gözləmirdim" - Yevgeni Kukseviç

Futzal üzrə millimizin baş məşqçisi Yevgeni Kukseviç Gürcüstan millisinə uduzduqları (2:5) yoldaşlıq oyunu haqda fikirlərini bölüşüb.

"Football-plus.az" Azərbaycan Futzal Federasiyasının saytına istinadən xəbər verir ki, mütəxəssis oyunçuların gözlənilməz səhvlər etdiyini deyib:

“Fərdi olaraq çox səhvlərə yol verdik. Rəqib bundan istifadə etdi və psixoloji baxımdan üstünlük qazandı. Xüsusilə də təcrübəli futzalçılardan belə səhvlər gözləmirdim. Demək olar ki, rəqib özü qol vəziyyəti yaratmadı, biz o vəziyyətləri verdik onlara. Fiziki baxımdan da bilirdik ki, üst səviyyədə deyilik. Bu, ikinci hissədə aşkar özünü büruzə verdi. Əsas fərdi səhvlər üzərində işləməliyik. Bu oyunlar göstərdi ki, qapımıza vurulan qollarda özümüz rəqibə daha çox kömək etmiş oluruq”.
Chosen
3
3
football-plus.az

6Sources