EN

Tramp yenə diqqət mərkəzində - FOTO

ABŞ Prezidenti Donald Tramp sosial media hesabı "Truth Social"da paylaşımı ilə diqqət çəkib. 

"Unikal" xəbər verir ki, fotoda Trampın bir əlini yataqda uzanan xəstənin alnına qoyması göstərilir. Onun toxunuşu ilə kişinin başının ətrafında işıq əmələ gəlib. Siyasətçinin digər əlində isə işıq topu var.

Dövlət başçısı və xəstənin ətrafı amerikalı əsgər, tibb bacısı, Trampın imzalı beysbol papağını taxan tərəfdarı və əllərini dua üçün birləşdirən qadınla əhatə olunub. Arxa planda ABŞ simvolları - bayraq, Azadlıq Heykəli və qartal görünür. Hərbi təyyarələr başının üstündən uçur.

Trampın hansı səbəbdən bu fotonu paylaşdığı qeyd olunmayıb. 

Chosen
22
2
unikal.az

3Sources