EN

"PAŞA Bank" səhmlərinin abunə yazılışı başlayıb

Bakı. Trend:

"PAŞA Bank" İlkin Kütləvi Təklif (IPO) çərçivəsində səhmlərininabunə yazılışına start verib. Səhmlər artıq hər kəs üçünaçıqdır.

Trend xəbərverir ki, bunu "PAŞA Bank"ın idarə heyətinin üzvü, baş maliyyəinzibatçısı Murad Süleymanov bu gün təmsilçisi olduğu bankınsəhmlərinin satışının başlanmasına həsr olunmuş mətbuatkonfransında deyib.

O bildirib ki, abunə yazılışı 13 aprel-12 may 2026-cı iltarixlərində davam edəcək:

"Bank kapitalının 5%-ni təşkil edən 932,926 ədəd adi, adlı səhminvestorlara təqdim olunur. Səhmin ilkin yerləşdirmə qiyməti 55 AZNolaraq müəyyən edilib, minimal alış | səhmdir və maksimum limittətbiq edilmir. Abunə dövründə əvvəlcədən ödənilmiş məbləğlərəillik 5% faiz gəliri hesablanır. Səhmlərin yerləşdirilməsi BakıFond Birjası vasitəsilə həyata keçirilir".

M. Suleymanov qeyd edib ki, investorlar "PAŞA Bank", "BirbankInvest", həmçinin əsas anderrayter "PAŞA Kapital", "ABB Invest","Unicapital" və "Leobank" platformaları və mobil tətbiqlərivasitəsilə IPO-da iştirak edə bilərlər:

"Fiziki olaraq isə proses "PAŞA Bank", "Kapital Bank" və"Uniban"k filiallarında, eləcə də "PAŞA Kapital" ofisindəmümkündür.

İnvestorlar üçün şəffaf, dayanıqlı və uzunmüddətli dəyər yaradanbir maliyyə institutu olaraq bu addımı strateji baxımdan vacibhesab edirik. Bu qərarla, biz illərdir qurduğumuz, müştərilərimizləvə tərəfdaşlarımızla birlikdə yaratdığımız dəyəri daha genişauditoriya ilə bölüşmək istəyirik. Biz bu addımı eyni zamandaölkədə kapital bazarlarının inkişafına real töhfə kimi görürük.Daha çox insanın investisiya imkanlarına çıxış əldə etməsi bizimüçün önəmlidir".

Məqalədə:
Chosen
23
13
az.trend.az

10Sources