AZ

“PAŞA Bank” IPO çərçivəsində abunə yazılışına başlayıb

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 13 aprel, AZƏRTAC

“PAŞA Bank” İlkin Kütləvi Təklif (IPO) çərçivəsində abunə yazılışına start verib.

AZƏRTAC xəbər verir ki, bununla keçirilən mətbuat konfransında “PAŞA Bank”ın İdarə Heyətinin üzvü, baş maliyyə inzibatçısı Murad Süleymanov bildirib ki, abunə yazılışı 13 aprel-12 may tarixlərində davam edəcək. Bank kapitalının 5 faizini təşkil edən 932 min 926 ədəd adi, adlı səhm investorlara təqdim olunur.

“Səhmlərin ilkin yerləşdirmə qiyməti 55 manat olaraq müəyyənləşdirilib, minimal alış 1 səhmdir və maksimum limit tətbiq edilmir. Abunə dövründə əvvəlcədən ödənilmiş məbləğlərə illik 5 faiz gəliri hesablanır. Səhmlərin yerləşdirilməsi Bakı Fond Birjası vasitəsilə həyata keçirilir. İnvestorlar “Paşa Bank”, “Birbank Invest”, həmçinin əsas anderrayter “PAŞA Kapital”, “ABB-Invest”, “Unıcapital” və “Leobank” platformaları və mobil tətbiqləri vasitəsilə IPO-da iştirak edə bilərlər. Fiziki olaraq isə proses “PAŞA Bank”, “Kapital Bank” və “Unibank” filiallarında, eləcə də “PAŞA Kapital” ofisində mümkündür”, - deyə baş maliyyə inzibatçısı qeyd edib.

IPO-nun bankın strateji inkişaf mərhələsində mühüm addım olduğunu vurğulayan bank rəsmisi bu qərarla illərdir qurulan, müştərilərlə və tərəfdaşlarla birlikdə yaradılan dəyəri geniş auditoriya ilə bölüşmək istədiklərini sözlərinə əlavə edib: “Biz bu addımı, eyni zamanda, ölkədə kapital bazarlarının inkişafına real töhfə kimi görürük. Daha çox insanın investisiya imkanlarına çıxış əldə etməsi bizim üçün önəmlidir”, - deyə M.Süleymanov qeyd edib.

Bakı Fond Birjasının İdarə Heyətinin sədri Ruslan Xəlilov, “PAŞA Kapital”ın İdarə Heyətinin sədri Ceyhun Hacıyev, “Unıcapital”ın baş direktoru Vüqar Namazov “ABB-Invest”in baş icraçı direktoru Nadir Babazadə çıxış edərək bu təşəbbüsün ölkənin kapital bazarlarının inkişafındakı rolu barədə fikirlərini bölüşüblər.

Qeyd edək ki, yerləşdirmə emissiya prospektində göstərilən ardıcıllığa uyğun olaraq icra ediləcək.

Fotoqraf - Azər İbrahimov

Video - İlham Nadirov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
13
azertag.az

10Mənbələr