AZ

Tarixi an: "PAŞA Bank" səhmlərinin abunə yazılışı başladı! (FOTO)

Bakı. Trend:

"PAŞA Bank" İlkin Kütləvi Təklif (IPO) çərçivəsində səhmlərininabunə yazılışına start verdi. Səhmlər artıq hər kəs üçünaçıqdır.

Bank nümayəndələri 13 aprel 2026-cı il tarixində Bakıdakeçirilən mətbuat tədbirində bu barədə rəsmi məlumat veriblər.

Abunə yazılışı 13 aprel-12 may 2026-cı il tarixlərində davamedəcək. Bank kapitalının 5%-ni təşkil edən 932,926 ədəd adi, adlısəhm investorlara təqdim olunur. Səhmin ilkin yerləşdirmə qiyməti55 AZN olaraq müəyyən edilib, minimal alış 1 səhmdir və maksimumlimit tətbiq edilmir. Abunə dövründə əvvəlcədən ödənilmişməbləğlərə illik 5% faiz gəliri hesablanır. Səhmlərinyerləşdirilməsi Bakı Fond Birjası vasitəsilə həyata keçirilir.

İnvestorlar "PAŞA Bank", "Birbank Invest", həmçinin əsasanderrayter "PAŞA Kapital", "ABB Invest", "Unicapital" və "Leobank"platformaları və mobil tətbiqləri vasitəsilə IPO-da iştirak edəbilərlər. Fiziki olaraq isə proses "PAŞA Bank", "Kapital Bank" və"Unibank" filiallarında, eləcə də "PAŞA Kapital" ofisindəmümkündür.

Tədbiri açan "PAŞA Bank"ın İdarə Heyətinin üzvü, baş maliyyəinzibatçısı Murad Süleymanov IPO-nun bankın strateji inkişafmərhələsində mühüm addım olduğunu vurğulayıb.

“İnvestorlar üçün şəffaf, dayanıqlı və uzunmüddətli dəyəryaradan bir maliyyə institutu olaraq bu addımı strateji baxımdanvacib hesab edirik. Bu qərarla, biz illərdir qurduğumuz,müştərilərimizlə və tərəfdaşlarımızla birlikdə yaratdığımız dəyəridaha geniş auditoriya ilə bölüşmək istəyirik. Biz bu addımı eynizamanda ölkədə kapital bazarlarının inkişafına real töhfə kimigörürük. Daha çox insanın investisiya imkanlarına çıxış əldə etməsibizim üçün önəmlidir,” – deyə, Süleymanov bildirib.

Daha sonra Bakı Fond Birjasının İdarə Heyətinin sədri RuslanXəlilov, "PAŞA Kapital"ın İdarə Heyətinin sədri Ceyhun Hacıyev,"Unicapital"ın baş direktoru Vüqar Namazov və "ABB Invest"in başicraçı direktoru Nadir Babazadə çıxış edərək bu təşəbbüsün ölkəninkapital bazarlarının inkişafındakı rolu barədə fikirlərinibölüşüblər.

Qeyd edək ki, yerləşdirmə emissiya prospektində göstərilən ardıcıllığauyğun olaraq icra ediləcək.

Ətraflı məlumat əldə etmək üçün ipo.pashabank.az saytına keçidedin.

"PAŞA Bank" qeyri-neft sektorunun inkişafını, real sektorunmaliyyələşdirilməsini və iqtisadiyyatın şaxələndirilməsini əsasprioritet kimi müəyyən edib. Bank Azərbaycandan əlavə Gürcüstan vəTürkiyədə də fəaliyyət göstərir.

Tarixi
Tarixi
Tarixi
Seçilən
0
13
az.trend.az

10Mənbələr