Aralıq dənizində 4.7 bal gücündə zəlzələ baş verib.
1news.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə AFAD məlimat yayıb.
Məlumata görə, yeraltı təkanlar yerli saatla 09:48-də qeydə alınıb və zəlzələ təxminən 16 kilometr dərinlikdə baş verib.
Hadisə nəticəsində hər hansı dağıntı və ya xəsarət barədə məlumat verilməyib.