EN

Futbolçu silahlı hücumda öldürüldü

style='margin-bottom:10px;'>

Qananın "Berekum Çelsi" klubunun futbolçusu Dominik Frimponq silahlı hücum nəticəsində həyatını itirib.

QOL.az xəbər verir ki, bu barədə Qana Futbol Assosiasiyası məlumat yayıb.

Hadisə komandanın ölkə çempionatında “Samartex”lə oyundan (0:1) sonra geri qayıdarkən baş verib. Klub avtobusu Bibiani–Goaso yolunda silahlı şəxslər tərəfindən saxlanılıb. Maskalı quldurlar sürücü geri manevr etməyə çalışarkən avtobusa atəş açıblar. Futbolçular və klub əməkdaşları canlarını qurtarmaq üçün yaxınlıqdakı kolluqlara qaçıblar.

Nəticədə 20 yaşlı futbolçu baş nahiyəsindən güllə yarası alıb və xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. O, hadisənin yeganə qurbanı olub.

Qeyd edək ki, Frimponq cari mövsümdə 13 oyunda 2 qol vurmuşdu.

Chosen
13
25
teleqraf.com

10Sources