AZ

Qanada futbolçu öldürüldü

Qananın "Berekum Chelsea" futbol klubunun hücumçusu Dominik Frimponq komandanın avtobusuna silahlı hücumdan sonra həyatını itirib.

Bu barədə Qana Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb.

Berekum Chelsea-nin hücumçusu Dominik Frimponq komandanın ölkə çempionatında Samatex ilə (0:1) səfər matçından qayıdarkən hücuma məruz qalıb.

Bildirilib ki, silahlı insident zamanı 20 yaşlı futbolçu həyatını itirib. O, cari mövsümdə klubun heyətində 13 oyunda iştirak edib və 2 qol vurub.

Ghana Football Association hadisə ilə bağlı məlumat yayıb./milli.az/

Seçilən
1
1
musavat.com

10Mənbələr