Qananın "Berekum Çelsi" klubunun hücumçusu Dominik Frimponq komandanın avtobusuna edilən silahlı hücum nəticəsində həyatını itirib.
Publika.az xəbər verir ki, bu barədə Qana Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, hücum bu gün - komanda ölkə çempionatında Samarteks ilə səfər oyunundan (0:1) qayıdarkən baş verib. Quldur dəstəsi yolu bağlayaraq komandanın avtobusuna hücum edib.
Hadisənin təfərrüatı tam açıqlanmayıb. Bu bədbəxt hadisə ilə bağlı Qana Polis Xidməti tərəfindən araşdırma davam edir.