EN

Qanalı futbolçu silahlı hücum zamanı həlak olub

Qananın "Çelsi" klubunun futbolçusu Dominik Frimponq faciəvi şəkildə ölüb.

AZƏRTAC Qana Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 20 yaşlı oyunçu naməlum şəxslərin komandanın avtobusuna silahlı hücumu nəticəsində həlak olub.

Hadisə “Çelsi” Qana çempionatında "Samarteks"ə qarşı səfər oyunundan (0:1) qayıdarkən baş verib.

Qeyd edək ki, Dominik Frimponq bu mövsüm “Çelsi”nin heyətində 13 oyun keçirib və 2 qol vurub.

10Sources