EN

İmişlidə avtoqəzada xəsarət alanların müalicəsi xəstəxanada davam etdirilir - YENİLƏNİB

İmişlidə baş verən avtomobil qəzasında xəsarət alan dörd nəfərin müalicəsi xəstəxanada davam etdirilir.

Bu barədə "Far.Az"un Muğan bürosunun sorğusuna cavab olaraq İmişli Rayon Mərkəzi Xəstəxanasından bildirilib.

Qeyd olunub ki, aprelin 13-də saat 13:00 radələrində İmişli rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 4 nəfər (1 kişi, 3 qadın) xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Yaralılara bədənin müxtəlif nahiyələrinin travması, sağ bazu sümüyünün aşağı üçdə birinin yerdəyişən sınığı, sol körpücük sümüyünün yerdəyişən sınığı diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib.

Vəziyyətləri orta qiymətləndirilən pasiyentlərin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir.

İmişli rayonunda dörd nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

"Far.Az"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Çahar kəndi ərazisində qeydə alınıb.

Hadisə zamanı Alim Şahpələngovun idarə etdiyi "Mercedes"lə Alşan Gözəlovun idarə etdiyi "Hyundai" markalı avtomobillər toqquşub.

Qəza nəticəsində xəsarət alan dörd nəfər İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Chosen
15
7
far.az

9Sources