Xəzər dənizində 4,2 maqnitudalı zəlzələ qeydə alınıb.
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, yeraltı təkanlar yerli vaxtla saat 06:52-də baş verib, zəlzələ ocağı 36 kilometr dərinlikdə yerləşib.
Mərkəz həmçinin bildirib ki, son həftələr Xəzər dənizində seysmoloji aktivlik artıb və aprel ayında ümumilikdə 16 zəlzələ qeydə alınıb.