Xəzər dənizində zəlzələ baş verib.
Moderator.az xəbər verir ki, bununla bağlı Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
4.2 maqnitudalı zəlzələ yerli vaxtla 06:52-də qeydə alınıb.
Yeraltı təkanların ocağı 36 kilometr dərinlikdə yerləşib.
Qeyd edək ki, son günlər Xəzərdə 10-dan çox zəlzələ olub.
