Xəzər dənizində zəlzələ baş verib.
Bu barədə Bakıvaxtı.az-a Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
Verilən məlumata görə, yeraltı təkanların maqnitudası 4.2 olub.
Yerli vaxtla saat 06:52-də qeydə alınan zəlzələnin ocağının dərinliyi 36 kilometr təşkil edib.