EN

«Paşa Bank»da geriləmə: Aktivləri azalıb, Şirkətlər yarım milyard çıxarıblar – HESABAT

Azərbaycanın aparıcı banklarından olan «Paşa Bank» 2026-cı ilin nəticələrini açıqlayıb.

FED.az biznes və maliyyə xəbərləri portalı bankın hesabatlarına istinadən xəbər verir ki, 2026-cı ilin yanvar-mart aylarında «Paşa Bank»ın aktivləri 360 milyon manat və ya 3,8% azalaraq ilin əvvəlindəki 9 milyard 407 milyon manatdan 9 milyard 48 milyon manata düşüb.

Aktiılərin azalmasının səbəblərindən biri bankın kredit portfelinin kiçilməsidir. Son 3 ayda bankın kredit portfeli 106 milyon manat azalaraq 3 milyard 326 milyon manata düşüb.

Bundan başqa, «Paşa Bank»ın qiymətli  kağızlara yatırımları da kəskin şəkildə – təqribən 30% azalaraq 2,6 milyard manatdan 1,8 milyard manata enib.

Başqa banklardakı depozitlər isə 230 milyon manat azalaraq 1,77 milyard manata enib. Bank bu istiqamətlərdən geri çəkdiyi vəsaitləri nağd olaraq özündə saxlayıb, nəticədə bu göstərici təqribən 2 dəfə artaraq 1,7 milyard manat olub.

«Paşa Bank»ın aktivlərində gözlənilməyən dəyişiklik, biznes kreditlərin azalmasıdır – 100 milyonluq azalmadan sonra  bu kredtlər 3 milyard manata etib.

Bankın öhdəliklərində də əşəmiyyətli şəkildə – 400 milyon manat azalma var. Buna səbəb depozit portfelinin 500 milyon manat kiçilməsi, xüsusilə hüquqi şəxs depozitlərinin azalmasıdır - 1-ci rübdjə şirktələr «Paşa Bank»dan 600 milyon manata yaxın vəsaiti geri çəkiblər.

Rubun sonuna bankın cəmi kapitalı 960 milyon manat təşkil edib.

1-ci rübdə «Paşa Bank»ın faiz gəlirləri 144 milyon manat, faiz xərcləri 53 milyon manat təşkil edib. Bankın qeyri-faiz gəlirlərində isə kəskin azalma var – bu gəlir maddəsi 34 milyon manat və ya 37% azalaraq ötənilki 91 milyon manatdan bu il 57 milyon manata düşüb.

Bankın qeyri-faiz xərcləri də 34 milyon manat və ya 30% azalaraq ötənilki 112 milyon manatdan bu il 78 milyon manata düşüb.

«Paşa Bank»ın qeyri-faiz xərclərində diqqəti çəkən məqam əmək haqqı xərcinin cüzi artımıdır.

Bank 1-ci rübdə 28,5 milyon manat əmək haqqı ödəyib ki, bu da ötən ilin eyni dövrünə nisbətən cəmi 1,1 milyon manat və ya 4% artıqdır – bu ölkə üzrə illik inflyasiyadan da aşağı göstəricidir. Xatırladaq ki, 2025-ci ilin 1-ci rübündə «Paşa Bank»da əmək haqları 27,4 milyon manat olmuşdu.

Bankın gəlr və xərclərində təqribən 4,6 milyon manat da mümkün zərərlərdən qorunmaq üçün ehtiyat kimi ayrılıb. Nəticədə bank 2026-cı ilin 1-ci rübünü 48,3 milyon manat xalis mənfəətlə tamamlayıb.

[red]«Paşa[red]«Paşa[red]«Paşa[red]«Paşa
Chosen
17
50
fed.az

10Sources