İsrailin ABŞ-dƏkı səfiri Yehiel Layter Fransanın Livandakı rolunu tənqid edib.
Bakıvaxtı.az-ın “LeFigaro.fr”ə istinadən verdiyi xəbərə görə, o, bildirib ki, rəsmi Parisin İsrail və Livan arasındakı danışıqlara müdaxilə etməkdə heç bir rolu yoxdur:
“Fransızların bu danışıqlara müdaxilə etməsini istəmirik. Biz fransızları demək olar ki, hər şeydən, xüsusən də sülh danışıqlarından uzaq tutmaq istərdik. Çünki bunlara ehtiyac yoxdur. Onların heç bir müsbət təsiri olmayacaq”.
Aydın Baxış