EN

“O sözlər mənə aid deyil” – Əməkdar artist

Azərbaycanın tanınmış aparıcısı, Əməkdar artist Nailə İslamzadə sosial şəbəkədə diqqətçəkən açıqlama ilə çıxış edib.

Yenilik.az-ın məlumatına görə, o, uzun illər efirdə fəaliyyət göstərməsinin onun üçün yalnız peşə deyil, həm də tamaşaçıya hörmət və sözə məsuliyyət olduğunu vurğulayıb. Aparıcı bildirib ki, karyerası boyunca heç vaxt reytinq xatirinə prinsiplərindən imtina etməyib və ucuz sensasiyalara üz tutmayıb.
Nailə İslamzadə son müsahibələrindən birində fikirlərinin təhrif olunduğunu qeyd edərək buna etirazını bildirib. Onun sözlərinə görə, səsləndirdiyi fikirlərin düzgün təqdim olunmaması həm mətni, həm də şəxsiyyətini yanlış şəkildə əks etdirir.
Aparıcı jurnalistikanın əsas prinsiplərindən birinin müsahibi olduğu kimi təqdim etmək olduğunu xatırladaraq, bəzi hallarda bu qaydaya əməl edilmədiyini deyib. O, oxucu diqqəti naminə həqiqətin dəyişdirilməsinin yolverilməz olduğunu vurğulayıb.
Sonda sənətçi açıq şəkildə bəyan edib ki, əgər onun sözlərinə və mövqeyinə hörmət göstərilməyəcəksə, bundan sonra heç bir media qurumuna müsahibə verməyəcək./Milli.Az
Chosen
8
4
yenilik.az

10Sources