EN

Türkmənistan Avropa İttifaqına qaz ixracını enerji siyasətinin prioriteti elan edib

Türkmənistanın enerji gündəliyində əsas məsələlərdən biri Avropa İttifaqı (Aİ) ölkələrinə təbii qaz tədarüküdür.

"Cebheinfo.az"TASS-a istinadən xəbər verir ki, bunu Türkmənistanın xarici işlər naziri Rəşid Meredov Antalya Diplomatiya Forumunda çıxışı zamanı bəyan edib.

"Türkmənistanın enerji gündəliyinin əsas prioritetlərindən biri Avropaya təbii qaz tədarüküdür. 15-20 il əvvəl avropalı həmkarlarımızla çox yaxşı əməkdaşlığımız var idi və Türkmənistan təbii qazının Xəzər dənizi üzərindən Avropaya çatdırılmasına dair bir sıra ideyaların reallaşdırılması üçün çox iş görmüşük", - nazir bildirib.

"Cebheinfo.az"

Chosen
5
2
cebheinfo.az

3Sources