EN

Kiyevdəki bir neçə nəfərin qətlə yetirilməsi terror aktı kimi qiymətləndirilib

BAKI, 18 aprel. TELEQRAF

Ukrayna Baş Prokurorluğu Kiyevin Qoloseyevski rayonunda baş verən atışmanı terror aktı kimi təsnif edib.

Teleqraf xəbər verir ki, bu barədə baş prokuror Ruslan Kravçenko Telegram-da bildirib.

"Paytaxtın Qoloseevski rayonunda mülki şəxslərin güllələnməsi və girov götürülməsi ilə bağlı Ukrayna Cinayət Məcəlləsinin 258-ci maddəsinin 3-cü hissəsi — ölümlə nəticələnən terror aktı ilə cinayət işi açılıb", - deyə o yazıb.

Qeyd edək ki, bu gün Kiyevdə mağazada atışma nəticəsində iki nəfər ölüb, 10 nəfər isə müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

İnsanları girov götürən şəxs xüsusi təyinatlılar tərəfindən əməliyyat zamanı öldürülüb.

Chosen
26
teleqraf.com

1Sources