"ABŞ nümayəndə heyəti İranla danışıqlarda iştirak etmək üçün aprelin 20-də Pakistana gedəcək".
Publika.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Truth Social" patformasında yazıb.
"Mənim nümayəndələrim İslamabada, Pakistana yola düşürlər, onlar danışıqlar aparmaq üçün sabah axşam orada olacaqlar", - deyə o bildirib.
"The New York Post" nəşrinin məlumatına görə, prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff və kürəkəni Cared Kuşner İslamabadda İranla danışıqların yeni raundunda ABŞ-ni təmsil edəcəklər, vitse-prezident Cey. Di. Vens isə getməyəcək.