EN

Son 10 mövsümün tamaşaçı rekordu

Misli Premyer Liqasında son 10 mövsümün tamaşaçı rekordu qeydə alınıb. Metbuat.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.Bu, XXVIII turun "Qarabağ" – "Sabah" matçına (0:1) təsadüf edib.Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmanı 17 338 tamaşaçı izləyib.Bu oyunadək əvvəlki rekord da eyni komandaların bu arenadakı görüşünə təsadüf edib. XXII turun 3:3 hesabı ilə bitən qarşılaşmasını 10 361 tamaşaçı izləyib.

XXVIII turun oyununda qeydə alınan nəticə həm də son 10 mövsümün ən yüksək göstəricisidir. Daha çox tamaşaçının izlədiyi sonuncu görüş 2015/2016 mövsümündə baş tutub. 2016-cı il fevralın 14-də Gəncə şəhər stadionunda keçirilən "Kəpəz" – "Qarabağ" oyununa 20 400 nəfər tamaşa edib.

Chosen
12
17
metbuat.az

10Sources