“Çelsi” baş məşqçi postu üçün yeni namizəd müəyyənləşdirib.
Sportinfo.az “The Sun”-a istinadən xəbər verir ki, londonlular hazırda “Atletiko”ya rəhbərlik edən Dieqo Simeone ilə maraqlanır.
Argentinalı mütəxəssisin dəvətində əsas səbəb “Çelsi”nin indiki baş məşqçisi Liam Rosenyorun rəhbərliyi altında qeyri-sabit nəticələr göstərməsidir.
Klub rəhbərliyi vəziyyəti dəyişmək üçün Simeoneyə üstünlük verməyi düşünür.
Simeone 2011-ci ildən bəri “Atletiko”nun “sükanı arxasında”dır. Onun Madrid təmsilçisi ilə müqaviləsinin müddəti 2027-ci ilin iyununun sonuna qədərdir.