EN

Gəncədə 18 yaşlı piyadanı avtomobil vurub, vəziyyəti ağırdır

Unikal.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Gəncədə piyadanın ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Mirzə Şəfi Vazeh küçəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Hyundai" markalı avtomobil yolu qarşı tərəfə keçmək istəyən 2008-ci il təvəllüdlü Ü.Pənahovu vurub. Qəza nəticəsində ağır bədən xəsarətləri alan gənc dərhal xəstəxanaya yerləşdirilib. Həkimlər yaralının vəziyyətinin ağır olduğunu bildirirlər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
35
1
unikal.az

2Sources