İranın xarici işlər naziri Abbas Əraqçinin rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığı olub.
"Unikal" xəbər verir ki, İran və Rusiya xarici işlər nazirləri telefon danışığı zamanı regional məsələləri müzakirə ediblər.
Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasına görə, İran tərəfi Rusiya gəmilərinin və yüklərinin Hörmüz boğazından maneəsiz keçməsini təmin etmək üçün mümkün olan hər şeyi etməyə hazır olduğunu bildirib.