Bakı. Trend:
İran limanlarının blokadası və ticarət gəmilərinin ələkeçirilməsi atəşkəsin pozulması deməkdir.
Trend-in məlumatına görə, bu barədə İranın xarici işlər naziriAbbas Əraqçi "X" sosial şəbəkəsində yazıb.
"İran limanlarının blokadası müharibə aktı və buna görə dəatəşkəsin pozulmasıdır. Ticarət gəmisinə hücum edib heyətini girovgötürmək daha da böyük bir pozuntudur", - deyə o bildirib.
Nazir əlavə edib ki, İran məhdudiyyətlərlə necə mübarizəaparmağı, maraqlarını necə müdafiə etməyi və hədə-qorxuya necəmüqavimət göstərməyi bilir.