AZ

İran limanlarının blokadası atəşkəsin pozulmasıdır - Əraqçi

İran limanlarının blokadası və ticarət gəmilərinin ələ keçirilməsi atəşkəsin pozulması deməkdir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "X" sosial şəbəkəsində yazıb.

"İran limanlarının blokadası müharibə aktı və buna görə də atəşkəsin pozulmasıdır. Ticarət gəmisinə hücum edib heyətini girov götürmək daha da böyük bir pozuntudur", - deyə o bildirib.

Nazir əlavə edib ki, İran məhdudiyyətlərlə necə mübarizə aparmağı, maraqlarını necə müdafiə etməyi və hədə-qorxuya necə müqavimət göstərməyi bilir.

Seçilən
24
3
bakivaxti.az

10Mənbələr