EN

İran ABŞ-la danışıqlara nümayəndə heyəti göndərməyə razılıq verib

İran nümayəndə heyəti ABŞ ilə danışıqlara qatılmaq üçün ali dini lider Möctəba Xameneinin razılığını gözləyirdi və bu razılıq aprelin 20-si axşam saatlarında verilib...

Poliqon xəbər verir ki, Axios portalının yaydığı məlumata görə, İran ABŞ ilə gözlənilən danışıqlarda iştirak etmək üçün nümayəndə heyəti göndərməyə razılıq verib. Məlumata əsasən, İran tərəfi bu addım üçün ali dini lider Möctəba Xameneinin “yaşıl işıq” verməsini gözləyirdi və həmin razılıq aprelin 20-si axşam saatlarında alınıb. (Українські Національні Новини (УНН))

Bildirilir ki, bu qərar Vaşinqton və Tehran arasında gərginliyin davam etdiyi, eyni zamanda diplomatik kanalların tam bağlanmadığı bir şəraitdə qəbul olunub. Nümayəndə heyətinin göndərilməsi İran daxilində danışıqlara dair yekun siyasi qərarın artıq verildiyini göstərən mühüm siqnal kimi qiymətləndirilir.

Məlumata görə, ABŞ tərəfi də Tehrandan bu siqnalı gözləyirdi. Bu fonda vasitəçi tərəflərin və region ölkələrinin mümkün görüşün baş tutması üçün fəal diplomatik təmaslar apardığı bildirilir. Gözlənilir ki, tərəflər arasında mümkün danışıqlar regional gərginliyin azaldılması və qarşıdurmanın yenidən genişlənməsinin qarşısının alınması baxımından xüsusi əhəmiyyət daşısın.

Müşahidəçilər hesab edirlər ki, İranın nümayəndə heyəti göndərməyə razılaşması yaxın günlərdə ABŞ ilə təmasların daha konkret mərhələyə keçə biləcəyini göstərir. Bununla yanaşı, danışıqların nəticəsi tərəflərin hansı şərtlərlə masaya əyləşəcəyindən və ilkin razılaşma üçün nə dərəcədə siyasi iradə nümayiş etdirəcəyindən asılı olacaq.

Poliqon.info

Chosen
44
50
poliqon.info

10Sources