EN

AFFA qərarını verdi – Ləğv olunmayacaq, oynamağa davam 

AFFA Əvəzedicilər Liqası barədə qərarını verib. 

Bir müddətdir mətbuatda yarışın növbəti mövsümdən ləğv ediləcəyi yazılsa da, iddialar doğru deyil. Federasiya rəhbərliyi belə bir qərar verməyəcək. 

Əvəzedicilər Liqası növbəti mövsüm də keçiriləcək. Premyer Liqada çıxış edən bir neçe klub turnirin ləğvini tələb etsə də, AFFA onlarla eyni fikirdə deyil.

Yarışın ləğvi müzakirə mövzusuna çıxarılmayacaq. Bu, rəhbərliyin gündəmində yoxdur. 

Xatırladaq ki, elita təmsilçilərindən bəziləri Əvəzedicilər Liqasının artıq xərc olduğunu və bu səbəbdən də turinirin ləğv edilməsini istəyirdi.

İdmanxeber.az 

Chosen
112
30
idmanxeber.az

10Sources