EN

Oskar mükafatı qazanan rejissor vəfat edib

Oskar mükafatı qazanan "Rəsmi hekayə" (La historia official, 1985) filminin rejissoru argentinalı rejissor Luis Puenzo vəfat edib.

"Ölkə.az" xəbər verir ki, bu barədə Argentina Müəlliflər Cəmiyyəti məlumat verib.

Puenzo  Buenos Ayresdə vəfat edib . O, 80 yaşında idi.

"Rəsmi hekayə" 1986-cı ildə "Ən Yaxşı Xarici Dildə Film" mükafatını qazanaraq Oskar mükafatı qazanan ilk Argentina filmi oldu. Puenzo həmçinin ssenarinin həmmüəllifidir. "Rəsmi hekayə" Argentinada hərbi rejim dövründə  ( 1976-1982) qətlə yetirilmiş müxalifət xadimlərinin repressiyası və uşaqlarının himayəyə götürülməsi hekayəsindən bəhs edir.

Elvin

Ölkə.az

Chosen
92
49
olke.az

10Sources