EN

Bu ölkədə əhali sürətlə qocalır

Türkiyədə demoqrafik strukturda ciddi dəyişikliklər müşahidə olunur. Rəsmi statistikaya əsasən, 65 yaş və yuxarı əhalinin sayı son illərdə sürətlə artaraq 9,5 milyonu keçib. Bu qrupun ümumi əhali içində payı da yüksələrək 11 faizdən çox olub ki, bu da ölkənin artıq “qocalan cəmiyyətlər” sırasına yaxınlaşdığını göstərir. Metbuat.az xəbər verir ki, son 5 ildə yaşlı əhalinin sayı 20 faizdən çox artıb. Eyni zamanda doğum səviyyəsinin azalması və orta yaşın yüksəlməsi bu prosesi daha da sürətləndirir. Hazırda Türkiyədə orta yaş 34,9-a çatıb və bu göstəricinin gələcəkdə daha da artacağı proqnozlaşdırılır.

Ekspertlər xəbərdarlıq edir ki, mövcud tendensiya davam edərsə, yaxın onilliklərdə yaşlı əhali uşaqları say baxımından üstələyəcək. Bu isə əmək bazarı, sosial təminat sistemi və iqtisadi inkişaf üçün ciddi təhlükə sayılır.

Chosen
27
13
metbuat.az

10Sources