AZ

Bu ölkələr RİSK ALTINDA: 53 milyon insan yox olacaq

"Eurostat"ın son proqnozlarına görə, 2025-ci ildən 2100-cü ilə qədər Avropa İttifaqı (Aİ) əhalisinin 11,7% azalacağı gözlənilir.

Musavat.com xəbər verir ki, "Euronews"un yaydığı məlumata görə, əhalinin sayı 452 milyondan 399 milyona düşəcək ki, bu da 53 milyon nəfərlik itki deməkdir.

Proqnozlar göstərir ki, növbəti əsrin əvvəlinə qədər Avropada hər üç nəfərdən biri 65 yaşdan yuxarı olacaq. Doğum səviyyəsinin aşağı düşməsi və əhalinin qocalması fonunda hazırlanan bu hesabatda mümkün miqrasiya axınları da nəzərə alınıb. Vyana Demoqrafiya İnstitutunun direktor müavini Tomaş Sobotkanın sözlərinə görə, bu fərqliliklər ölkələrin yaş strukturu və keçmiş miqrasiya göstəriciləri ilə birbaşa bağlıdır.

Tədqiqata daxil edilən 30 Avropa ölkəsindən 18-də ciddi azalma müşahidə olunacaq.

Ən böyük əhali azalması Latviya (33,9%), Litva (33,4%), Polşa (31,6%) və Yunanıstan (30,1%) üçün proqnozlaşdırılır. Bu ölkələr əhalisinin üçdə birindən çoxunu itirə bilər.

Əhalinin 20%-dən çox azalması aşağıdakı ölkələrdə gözlənilir: Bolqarıstan (28%), Xorvatiya (27%), Slovakiya (26,7%), Rumıniya (24,3%), İtaliya (24%) və Macarıstan (22,5%). Bu ölkələrdə hər dörd nəfərdən birinin azalacağı proqnozlaşdırılır.

Aşağıdakı ölkələrdə əhalinin 10%-dən 20%-ə qədər azalması gözlənilir: Portuqaliya (19,3%), Estoniya (19,1%), Çexiya (11,5%), Finlandiya (10,7%), Sloveniya (10,6%) və Almaniya (10,6%). Avropanın aparıcı iqtisadiyyatlarında da geriləmə qaçılmazdır.

Bəzi ölkələrdə isə əksinə, əhalinin artacağı proqnozlaşdırılır. Lüksemburq (36,4%), İslandiya (27,1%) və Malta (26%) bu siyahıda liderdir. Həmçinin İsveçrə, İrlandiya, Norveç və İsveçdə 10%-dən yuxarı artım gözlənilir. İspaniya isə Aİ-nin "böyük dördlüyü" arasında əhalisi artacaq (1,3%) yeganə ölkədir.

Hesabatda qeyd olunur ki, 2100-cü ilə qədər 85 yaş və daha yuxarı şəxslərin payı üç dəfədən çox artaraq 10,8%-ə çatacaq. Eyni zamanda, 31-65 yaş arası əmək qabiliyyətli əhalinin payı 47,8%-dən 40,5%-ə qədər daralacaq ki, bu da gələcəkdə ciddi işçi qüvvəsi çatışmazlığına işarə edir.

Musavat.com

Seçilən
28
13
musavat.com

10Mənbələr