Dünyanın ən sıx məskunlaşmış qitələrindən biri olan Asiyada demoqrafik dəyişikliklərlə bağlı yeni proqnozlar açıqlanıb.Metbuat.az xəbər verir ki, ekspertlərin hesablamalarına görə, yaxın onilliklərdə region əhalisində ciddi azalma gözlənilir. Bildirilib ki, doğum səviyyəsinin aşağı düşməsi və əhalinin yaşlanması səbəbindən qitə üzrə ümumi əhali sayında təxminən 53 milyon nəfərlik azalma baş verə bilər. Mütəxəssislər qeyd edir ki, bu proses əsasən inkişaf etmiş ölkələrdə doğumların azalması və əmək qabiliyyətli əhalinin qocalması ilə bağlıdır. Eyni zamanda bəzi ölkələrdə miqrasiya axınları da ümumi demoqrafik tarazlığa təsir göstərir.Proqnozlara görə, bu tendensiya davam edərsə, regionda iş gücü çatışmazlığı və iqtisadi strukturda dəyişikliklər müşahidə oluna bilər.