Yasamal rayonu Kənar Dairəvi yolda baş verən qəzada həyatını itirən şəxsin kimliyi bəlli olub.
Pravda.az-ın Oxu.Az-a məlumatına görə, hadisə nəticəsində vəfat edən İlhamə Kamranova müəllimə olaraq çalışıb.
Belə ki, o, Beyləqan şəhəri Mehdi Mehdizadə adına 3 nömrəli tam orta ümumtəhsil məktəbində fəaliyyət göstərirmiş.
Onun fotosunu təqdim edirik:

Qeyd edək ki, paytaxtın Yasamal rayonu, Kənar Dairəvi yolda ağır avtomobil qəzası baş verib. Hadisə nəticəsində bir nəfər ölüb, üç nəfər xəsarət alıb.
Tarix: 22 Aprel 2026, 11:12