Musavat.com "Qafqazinfo"ya istinadla bildirir ki, Vüqar Məmmədovun idarə etdiyi "Toyota" markalı avtomobilin "Kamaz"a çırpılması nəticəsində həlak olan şəxs 1974-cü il təvəllüdlü Beyləqan rayon sakini İlhamə Kamranovadır.
O, Beyləqan şəhəri, Mehdi Mehdizadə adına 3 nömrəli tam orta ümumtəhsil məktəbində müəllim işləyirmiş.
Təhsil müəssisəsindən bildirilib ki, dünən İ.Kamranovanın məktəbdə dərsi olmayıb.
Qeyd edək ki, hadisə nəticəsində sürücü V.Məmmədov və daha 2 qadın sərnişini xəsarət alıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31