AZ

Dəhşətli qəzada ölən şəxs müəllimə imiş - FOTO

Yasamal rayonu Kənar Dairəvi yolda baş verən qəzada həyatını itirən şəxsin kimliyi bəlli olub.

Sitat.info-nun Oxu.Az-a istinadən məlumatına görə, hadisə nəticəsində vəfat edən İlhamə Kamranova müəllimə olaraq çalışıb.

Belə ki, o, Beyləqan şəhəri Mehdi Mehdizadə adına 3 nömrəli tam orta ümumtəhsil məktəbində fəaliyyət göstərirmiş.

Onun fotosunu təqdim edirik:

Qeyd edək ki, paytaxtın Yasamal rayonu, Kənar Dairəvi yolda ağır avtomobil qəzası baş verib. Hadisə nəticəsində bir nəfər ölüb, üç nəfər xəsarət alıb.

Seçilən
41
2
sitat.info

10Mənbələr