EN

ABŞ hərbçiləri 3 İran tankerini ələ keçirdi

ABŞ ordusu Prezident Donald Trampın tətbiq etdiyi dəniz blokadasının bir hissəsi olaraq üç İran tankerini saxlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb. 

Bildirilir ki, ABŞ ordusu Asiya sularında İran bayrağı altında üzən ən azı üç tankeri ələ keçirib. 

Saxlanılan gəmilərdən biri qismən xam neftlə yüklənmiş Deep Sea supertankeri olub. 

Bizim.Media

Chosen
67
50
bizim.media

10Sources