EN

Dəyişkən hava uşaqlara necə təsir edir?

Havaların dəyişkənliyi uşaqların immun sisteminə və ümumi sağlamlığına təsir göstərə bilər. Mütəxəssislər bildirir ki, havanın tez-tez dəyişməsi uşaqlarda halsızlıq, yuxululuq və ya əksinə, hədsiz gərginlik yarada bilər. Bu dövrdə yuxu rejiminə riayət etmək (ən azı 8-9 saat) və axşam saatlarında açıq havada qısa gəzintilər etmək uşağın həm fiziki, həm də psixoloji sağlamlığına müsbət təsir edir.

 

Tanınmış pediatr Vaqif Qarayev Pravda.az-a açıqlamasında bildirib ki, gün ərzində havanın tez-tez dəyişməsi uşaqlarda həm immun, həm də sinir sisteminə müəyyən təsir göstərir: “Səhər hava bir cür, günorta başqa cür, axşam isə tam fərqli olur. Bu dəyişkənlik uşaqların orqanizminə, xüsusilə də əsəb və immun sisteminə təsir edə bilər”.

Həkimin sözlərinə görə, belə dövrlərdə ilk növbədə uşaqların geyiminə diqqət yetirilməlidir, məktəbə gedən uşaqların çantasına mütləq isti geyim qoyulmalıdır.

 

Vaqif Qarayev qidalanma rejiminin vacibliyini vurğulayıb: “Uşaqların gündəlik rasionunda vitaminlərlə zəngin meyvə və tərəvəzlərə üstünlük verilməlidir. Eyni zamanda, immun sisteminin möhkəmlənməsi üçün ət məhsullarının hər gün qida rasionunda olması tövsiyə edilir”.

 

Pediatr vurğulayıb ki, düzgün qidalanma və düzgün geyim uşaqları mövsümi xəstəliklərdən qorumağa və immun sisteminin zədələnməsinin qarşısını almağa kömək edir.

 

Aygün İbrahimli

Tarix: 23 Aprel 2026, 13:32   
Chosen
93
48
pravda.az

10Sources