EN

Bu yolda böyük çuxur yarandı - Avtomobilin təkəri və diski yararsız hala düşdü (VİDEO)

Paytaxt Bakı ərazisində yolda yaranan çuxur sürücülərdən birini ziyana salıb.

"Unikal"ın məlumatına görə, hadisə Hövsan yolunda baş verib. Belə ki, hərəkətdə olan "Chevrolet Cruze" markalı avtomobil yolda yaranan böyük çuxura düşüb.

Avtomobilin təkəri partlayıb, eyni zamanda diski zədələnib.

Nəticədə sürücüyə xeyli maddi ziyan dəyib.

Qeyd edək ki, aidiyyəti qurum tərəfindən çuxurun yaxınlığına heç bir xəbərdar edici nişan yerləşdirilməyib.

Murad İbrahimli

Chosen
58
50
unikal.az

10Sources