AZ

“Hər birimizin Prezident İlham Əliyevə vəfa borcu var” - Asəf Rzayev

“Azərbaycanın möhtəşəm qələbəsindən sonra sülh danışıqlarının intensivləşməsi ölkəmizin gücünün bariz sübutudur. Bu gün Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistanla Azərbaycan arasında sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın növbəti iclası keçirilib. Azərbaycan nümayəndə heyəti qalib tərəf kimi Ermənistana gedib”.

“Unikal” xəbər verir ki, bu fikirləri Unikal Media Qrupunun rəhbəri Asəf Rzayev səsləndirib. O bildirib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ müharibəsində əldə olunan qələbə diplomatik müstəvidə də davam edir:

“Azərbaycan xalqının hər bir üzvü bu gün özünü qalib ölkənin vətəndaşı kimi hiss edir. Buna görə də hər birimizin Prezident İlham Əliyevə vəfa borcu var. Təxminən 30 il ərzində torpaqları işğal altında olan bir ölkənin vətəndaşı kimi yaşamışıq. Lakin artıq qalib ölkənin qalib vətəndaşlarıyıq. Bu uğura görə başda Ali Baş Komandan İlham Əliyev olmaqla, Müzəffər Ordumuza borcluyuq. Elə bir qələbə qazanmışıq ki, dünya hələ də bundan danışır. Bu gün qalib tərəf kimi sülh danışıqlarına başlamışıq. Əminəm ki, tezliklə sülh sazişi də imzalanacaq. Azərbaycan xalqı vahid qüvvə kimi “Dəmir Yumruq” ətrafında birləşərək möhtəşəm qələbəyə nail olub. Bu arada Birinci Vitse-prezidentimiz Mehriban xanım Əliyevanın da müstəsna xidmətləri danılmazdır. Onun müharidəbədən zərər çəkən insanlarımıza, şəhid ailələrinə, qazilərimizə dəstəyi, onların problemlərinin həlli göz önündədir. Mehriban xanımın hər bir azərbaycanlıya göstərdiyi diqqət və qayğı təqdirə layiqdir. Hər bir Azərbaycan vətəndaşı bu qayğının, diqqətin, dövlətə və vətənə xidmətin şahididir. Bütün bunlara təşəkkür yox, şükran duyğuları hiss olunmalıdır. Bu mənads, bizlər həm aprezidentimiz cənab İlham Əliyeva və birinci xanim Mehriban Əliyevaya şükran duyuruq”.

A. Rzayev onu da qeyd edib ki, bu qələbənin əldə olunmasında Azərbaycanın Müzəffər Ordusu ilə yanaşı, xüsusi xidmət və hüquq-mühafizə orqanlarının da rolu danılmazdır:

“Azərbaycan xalqı dövlətin bütün strukturları ilə birlikdə vahid güc mərkəzi kimi çıxış etdi. İstər dövlət təhlükəsizliyi, istər milli təhlükəsizlik, istərsə də daxili asayişin qorunmasında Azərbaycan bir yumruq kimi birləşdi. Qələbədən sonra ölkədəki sabitlik və işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı tədbirlər bunun əyani sübutudur. Əminəm ki, qüdrətli Azərbaycan mütləq sülhə də nail olacaq və bütöv bir ölkə kimi həm regionda, həm də dünyada öz sözünü deyəcək”.

Seymur Əli

Seçilən
57
50
unikal.az

10Mənbələr