AZ

Saçların uzanmasının Ayla əlaqəsi var

Ayın fazaları dolayı yolla saçların uzanmasına təsir göstərə bilər.

"Unikal" xəbər verir ki, belə bir qənaətə trixoloqlar gəliblər. Onlar bunun bədəndəki su balansına və insanın bioloji proseslərinə təsir edən təbii dövrlərə potensial təsiri ilə bağlı olduğunu izah edirlər.

"Ayın fazaları su balansına təsir göstərir. Bu da dolayı yolla saçların böyüməsinə təsir göstərə bilər. Dənizdə qabarma-çəkilmə suya təsir edərək maqnit sahəsini dəyişir. Burada da eynidir; biz müəyyən faiz sudan ibarətik", - deyə ekspertlər qeyd edib. 

Eyni zamanda, mütəxəssislər daxili amillərin - genetika, zülal səviyyəsi və vitamin səviyyəsinin - hələ də həlledici rol oynadığını vurğulayıb. Çatışmazlıqlar varsa, ay fazasından asılı olmayaraq saçlar daha yavaş uzanır. Onlar hətta əlavə ediblər ki, bir çox bərbərlər ay təqviminə etibar edirlər, lakin bu, elmi cəhətdən sübut olunmayıb.

Qeyd edək ki, Ayın aypara, hilal və bədirlənmiş ay fazaları var.

Seçilən
22
2
unikal.az

10Mənbələr